Ukraynanın Odessa vilayəti sahillərində gəmidə yanğın baş verib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
O, “Telegram”da yazıb: “Gəminin gövdəsi zədələnib və göyərtədə yanğın başlayıb”.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, avqustun 5-də gecə saatlarında Rusiya qüvvələri Qara dənizdə hərbi yüklərin daşınmasında iştirak edən iki quru yük gəmisinə zərbə endirib. Ukrayna limanları blokada altında qalmaqdadır.


