İran və Oman nümayəndələri gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı danışıqlar çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün yükün bəyan edilmiş dəyərinin 3%-dən 7%-dək hissəsi həcmində tranzit rüsumlarının tətbiqini müzakirə edirlər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumata yayıb.
Agentliyin məlumatına görə, İran tərəfi 5-7% səviyyəsində rüsumun tətbiqində israr edir, Oman isə daha aşağı dərəcəni – 3%-i təklif edir. Eyni zamanda, ABŞ Hörmüz boğazından tranzit keçidə görə İrana ödəniləcək hər hansı xidmət haqqına qəti şəkildə qarşı çıxır. Fars körfəzi ölkələri də təkid edirlər ki, əgər razılaşma əldə olunarsa, gəmi sahibləri tərəfindən həyata keçiriləcək hər hansı ödəniş tamamilə könüllü xarakter daşımalıdır.


