Ukrayna müharibənin 1632-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 462 970 hərbçi, 12 262 ədəd tank, 25 130 ədəd zirehli döyüş maşını, 47 824 ədəd artilleriya sistemi, 2023 (reaktiv yaylım atəş sistemi), 1 562 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2215 ədəd yerüstü robot-texnika kompleksi, 457 973 ədəd PUA, 133 405 ədəd avtomobil texnikası, 5 007 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 522 xüsusi avadanlıq itirib.


