Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumundakı (ŞİF) çıxışı zamanı Qərb ölkələrinin diqqətlə izləməli olduğu mühüm bəyanatlar verəcək.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri və forumun Təşkilat Komitəsinin icraçı katibi Anton Kobyakov TASS-a müsahibəsində bildirib.
“Əlbəttə ki, Rusiya prezidentinin plenar iclasdakı çıxışına həmişə xüsusi diqqət yetirilir. Bunu izləyin. Orada bir çox vacib bəyanatlar səsləndiriləcək. Və təbii ki, Qərbin dövlət başçısının çıxışını izləməsi məqsədəuyğundur”, – deyə o qeyd edib.
Şərq İqtisadi Forumu 1-4 sentyabr tarixlərində Vladivostokda, Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. ŞİF-in əsas mövzusu “Uzaq Şərqin onun əhalisinin rifahı naminə inkişaf etdirilməsi”dir. Tədbir Rusiya hökumətinin dəstəyi ilə “Roskongress” Fondu tərəfindən təşkil olunur, TASS isə onun baş informasiya tərəfdaşı qismində çıxış edir.


