İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verdi

İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verdi

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, yerin 35 km dərinliyində yerləşib.

Yeraltı təkanlar nəticəsində 5 nəfər ölüb. Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.

Share: