“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda 4-cü tura daha 3 oyunla yekun vurulub.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, 2-ci oyun günündə matç keçirilib. “Dinamo” 9 qolun vurulduğu görüşdə “Marafon”u üstələyib. “Sabah” “Zəngəzur”u darmadağın edib. “Qarabağ” isə “Rekord”la bərabərə qalıb.
U-15, IV tur
14 avqust
“Marafon” – “Dinamo” – 4:5
Qollar: № 6, Davud Kələntərli (6, 40+1), № 11, Murad Salahlı (26), № 8, Kənan Hacıqurbanlı (79, pen.) // № 7, Aydın Məlikli (1, 15), № 8, Qəhrəman Əzizov (24), № 5, Rəsul Əlicanlı (30), № 11, Zeyd Mazanov (43)
“Sabah” – “Zəngəzur” – 7:0
Qollar: № 7, Yusif Ağayev (18, 51, 55), №15, Elman Tahirov (47), № 9, Hüseyn Musayev (57), № 13, Abdulla Tayibov (71), № 27, Nicat Mehdiyev (80).
“Rekord” – “Qarabağ” – 2:2
Qollar: № 10, Rüstəm İsmayılxanlı (17), № 8, Turqut Quluzadə (37) // № 15, Rəhman Məmmədli (24), № 18, Fərid Yarəliyev (70)
Avqustun 15-də keçiriləcək oyunların təqvimi:
“Sabah” – “Zirə”
“Qarabağ” – “Neftçi”
“Dostluq” – “Xan”


