Avtomobil yol kənarında dayanan maşına çırpıldı – 6 nəfər xəsarət aldı

Avtomobil yol kənarında dayanan maşına çırpıldı – 6 nəfər xəsarət aldı

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milletinsesi.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax avtomobil yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə hərəkətdə olan minik avtomobili yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: