Rusiya itkilərini yenilədi

Rusiya itkilərini yenilədi

Ukrayna müharibənin 1639-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 472 640 hərbçi, 12 283 ədəd tank, 25 165 ədəd zirehli döyüş maşını, 48 261 ədəd artilleriya sistemi, 2 050 (reaktiv yaylım atəş sistemi), 1 577 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2 321 ədəd yerüstü robot-texnika kompleksi, 470 869 ədəd PUA, 136 818 ədəd avtomobil texnikası, 5 010 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 551 xüsusi avadanlıq itirib.

Share: