“Tvente”nin neçə azarkeşi Bakıya gələcək?

“Tvente”nin neçə azarkeşi Bakıya gələcək?

UEFA Konfrans Liqasının pley-off  mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Tvente” Bakıda azarkeşsiz qalmayacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə Qol.az-a istinadən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə,Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya Niderland klubunun təqribən 100-150 azarkeşinin gələcəyi gözlənilir.

“Qarabağ” – “Tvente” görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Share: