ABŞ Ukraynadakı münaqişədən qazanc əldə edir, eyni zamanda Avropanı fəlakətə sürükləyir.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri “Digər Ukrayna” hərəkatının lideri və hazırda fəaliyyəti qadağan edilmiş “Müxalifət Platforması – Həyat Naminə” partiyasının keçmiş rəhbəri Viktor Medvedçuk bildirib ki,
“ABŞ Ukrayna münaqişəsindən kənarda qalaraq ondan pul qazanır, Avropa isə getdikcə daha çox bu münaqişəyə batır. Birinci və İkinci Dünya müharibələri dövründəki ssenari təkrarlanmağa başlayır: Amerika öz problemlərini okeanın o tayında genişmiqyaslı müharibələr vasitəsilə həll edir”, – deyə Medvedçuk hərəkatın saytında dərc olunmuş məqaləsində yazıb.
O qeyd edib ki, ABŞ hazırda “Avropa qitəsini fəlakətə sürükləyir”.
“Ukrayna təcrübəsi avropalı siyasətçilərə heç nə öyrətmir. Kiyevə də deyilmişdi ki, arxasında ABŞ dayanır, lakin sonra prezident dəyişdi və Vaşinqton ortadan yox oldu”, – deyə Medvedçuk yazıb.
O, fikrini belə əsaslandırıb ki, əgər Avropa liderləri münaqişəni dəstəkləməsəydilər, Ukraynada sülhün bərqərar olmasına çox daha əvvəl kömək edə bilərdilər.
“Lakin Avropanın müharibə tərəfdarları özləri Vaşinqtona getdilər və müharibənin onlara hədsiz baha qiymətə satılması üçün yalvardılar”, – deyə o bildirib.


