KİV: Bu qış Ukrayna raketlərinin ciddi çatışmazlığı səbəbindən çətinliklərlə üzləşəcək

KİV: Bu qış Ukrayna  raketlərinin ciddi çatışmazlığı səbəbindən çətinliklərlə üzləşəcək

Hava hücumundan müdafiə raketlərinin kəskin çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələri bu qış döyüş əməliyyatlarını davam etdirərkən ciddi çətinliklərlə üzləşəcək.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Bloomberg-in köşə yazarı Kollen Postun yazıb.

Əsas problem ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün yeni raket tədarükünün çatışmazlığıdır ki, bu da ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatları ilə əlaqəlidir. Mövcud şəraitdə Vaşinqton İran istiqamətinə üstünlük verir və bu da NATO-nun Ukraynaya dəstək proqramına mənfi təsir göstərir.

Hazırkı mərhələdə Ukrayna rəsmilərinin ABŞ istehsalı olan “Patriot” sistemlərinə alternativləri yoxdur. Onların hesablamalarına görə, bu qış Ukraynaya həmin sistem üçün təxminən 300 raket lazım olacaq. Bununla belə, ABŞ-ın arsenalında 800 ədəd yeni nəsil PAC-3 raketi, həmçinin “bir neçə yüz” köhnə tipli PAC-2 raketi mövcuddur.

Bu fonda Avropa İttifaqı ölkələri İspaniya və Yunanıstanı öz “Patriot” ehtiyatlarının bir hissəsini Ukraynaya göndərməyə çağırır. Ukrayna tərəfi məsələ ilə bağlı Cənubi Koreya və Yaponiya ilə də danışıqlar aparır, lakin hələlik lazımi nəticəni əldə edə bilməyib.

Share: