Ərəbistana təcavüz olarsa..Pakistan elan etdi

Ərəbistana təcavüz olarsa..Pakistan elan etdi

Biz bu paktın (Məkkə Müdafiə İttifaqı) şərtləri ilə bağlı öhdəlik daşıyırıq və əgər (müttəfiqlərimizə qarşı) təcavüz olarsa, öhdəliklərimizi yerinə yetirəcəyik. Bu məsələdə heç bir qeyri-müəyyənlik olmamalıdır.

Milletinsesi.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif Geo TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, husilər Səudiyyə Ərəbistanına endirdikləri zərbələrin sazişin aktivləşməsinə səbəb ola biləcəyini anlamalıdırlar.

Share: