Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər.
Milletinsesi.az xəbər verir ki, mərasim Rus Dram Teatrında keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Mədəniyyə Nazirliyinin məsul şəxsləri, xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, A.Şarovski sentyabrın 9-da 78 yaşında vəfat edib.



