Qakiouey: “Britaniyanın vaxtı bitib”

Qakiouey: “Britaniyanın  vaxtı bitib”

Böyük Britaniya faktiki olaraq öz ömrünü başa vurub və Şotlandiya müstəqil olacaq; ölkə artıq məşhur “dəvənin belini qıran sonuncu saman çöpü” ifadəsindəki vəziyyətə bərabər bir məqama çatıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Fəhlə Partiyasının lideri Corc Qallouey TASS-a açıqlama verib.

“Artıq heç kim Britaniyanın tərkibində qalmağı dəstəkləmir. Ərəblərdə ‘dəvənin belini qıran sonuncu saman çöpü’ ilə bağlı bir metafora var. Həmin çöpü üzərinə qoyub dəvənin belinin qırıldığını görməyincə, hansının sonuncu olacağını bilmirsən. Biz məhz həmin məqama çatmışıq”, – deyə siyasətçi bildirib.

Qallouey qeyd edib ki, o, əvvəllər Şotlandiyanın müstəqilliyinin əleyhinə olub və KİV-in qiymətləndirmələrinə görə, onun çıxışları 2014-cü il referendumunda Şotlandiya ilə İngiltərə arasındakı birliyin qorunub saxlanmasına kömək edib. “Mən bunun belə olmasını istədiyim üçün belə demirəm. Sadəcə, əminəm ki, Britaniya dövləti, yəni ‘Birləşmiş Krallıq’ adlanan bu qurum faktiki olaraq öz ömrünü başa vurub”, – deyə o əlavə edib.

Share: