Britaniyanın Baş naziri Trampla ilk görüşündə Ukrayna məsələsini müzakirə edəcək

Britaniyanın Baş naziri  Trampla ilk görüşündə Ukrayna məsələsini müzakirə edəcək

Böyük Britaniyanın Baş naziri Endi Börnemin gələn həftə ABŞ Prezidenti Donald Trampla ilk üzbəüz görüşünü keçirəcəyi gözlənilir.

Millətin Səsi.az xəbər verir ki, bu haqda “The Times” qəzetinin məlumat yayıb.

Qəzetin yazdığına görə, danışıqların sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsi və liderlərin Ukrayna, Yaxın Şərq və enerji məsələlərini müzakirə etməsi nəzərdə tutulur.

“The Times” qeyd edir ki, Börnem daha əvvəl digər Avropa liderləri ilə birlikdə ABŞ prezidentini Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər təqdim etməyə inandırmağa ümid etdiyini bildirmişdi. Börnem iyulun sonlarında vəzifəyə başladıqdan bəri Trampla iki dəfə telefon danışığı aparıb.

Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək ümumi müzakirələr BMT-nin mənzil-qərargahında 22-26 sentyabr və 28 sentyabr tarixlərində baş tutacaq. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.

Share: