ABŞ İsrailə 2,8 milyard dollarlıq ağır aviasiya bombaları satmağı planlaşdırır

ABŞ İsrailə 2,8 milyard dollarlıq ağır aviasiya bombaları satmağı planlaşdırır

ABŞ administrasiyası İsrailə təxminən 2,8 milyard dollar dəyərində 2000 funtluq bombaların satışını həyata keçirməyə hazırlaşır.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumata yayıb.

Qəzetin yazdığına görə, bu, son illərdə həmin növ sursatların ən böyük təkpartiyalı satışı olacaq. Rəsmi şəxs bildirib ki, paketə hər biri 2000 funt ağırlığında olan 40 000 bomba (o cümlədən 20 000 ədəd MK-84 və 20 000 ədəd BLU-117), həmçinin 20 000 ədəd “I-2000 Penetrator” döyüş başlığı daxildir.

“The Washington Post” qeyd edib ki, sövdələşmənin digər ölkələrə Amerika silahlarını almaqda kömək məqsədilə qrant və kreditlər təqdim edən Xarici Hərbi Maliyyələşdirmə (FMF) mexanizmi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ku, Donald Tramp 2025-ci ilin yanvarında ABŞ-ın 47-ci prezidenti kimi vəzifəsinin icrasına başladıqdan sonra, əvvəlki Co Bayden administrasiyası tərəfindən İsrailə 2000 funtluq bombaların təhvil verilməsinə qoyulmuş qadağanı ləğv edib. Tramp bildirib ki, İsrail həmin bombaları sifariş edib və ödənişini həyata keçirdiyi üçün onlar anbarda saxlanılırdı. Bayden administrasiyası isə belə silahların Qəzzada istifadəsinin çoxsaylı mülki şəxsin həlak olması ilə nəticələnə biləcəyindən narahatlıq keçirirdi.

Share: