Bəli, Hacıyevlə danışdım. Onun nömrəsi məndə, mənimki isə ondadır. Hər iki gündən bir danışırıq.
Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bağlı danışarkən deyib.
“Söhbətin mahiyyəti ondan ibarət idi ki, sülh prosesini qorumaq üçün hər şey edilməlidir”, – o bildirib.


