Londonun Ukrayna ilə bağlı siyasəti münaqişəni uzatmağa və gərginliyi artırmağa yönəlib, bu da siyasi həll perspektivlərini zəiflədir.
Millətin Səsi.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın müvəqqəti işlər vəkili Danaye Dholakianı çağırdıqdan sonra yaydığı bəyanatda bildirib.
Bəyanatda deyilir: “Rusiya həyata keçirilən diplomatik təşəbbüs zamanı vurğulayıb ki, Böyük Britaniyanın Ukrayna ilə bağlı sərt qarşıdurma xarakterli siyasəti açıq şəkildə münaqişəni mümkün qədər uzatmağa və gərginliyi artırmağa yönəlib, həmçinin siyasi həll perspektivlərini zəiflədir”.
Rusiya Xarici İşlər Nazirliyi xüsusi vurğulayıb ki, “uzun mənzilli hücum silahlarının genişmiqyaslı tədarükü ilə London özünü Kiyev rejiminin terror və müharibə cinayətlərindən başqa cür adlandırıla bilməyən vəhşi cinayətlərində şərik vəziyyətinə salır”.


