ABŞ kosmosda silah yerləşdirir- Dünyanın reaksiyası necə olacaq?

ABŞ kosmosda silah yerləşdirir- Dünyanın reaksiyası necə olacaq?

ABŞ-ın orbitdə silah yerləşdirdiyini açıq şəkildə etiraf etməsi həm siyasi, həm də texniki səviyyədə reaksiyaya səbəb olacaq.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin əməkdaşı Dmitri Stefanoviç beynəlxalq təhlükəsizliyə həsr olunmuş 13-cü Pekin Syanşan Forumu çərçivəsində TASS-a açıqlamasında bildirib.

“Əminəm ki, buna veriləcək reaksiya həm siyasi, həm də texniki xarakter daşıyacaq”, – deyə ekspert qeyd edib.

Stefanoviç xatırladıb ki, kosmosda müşahidə vasitələri uzun müddətdir mövcuddur.

“İndi isə söhbət, yəqin ki, digər ölkələrin peyklərinə daha fəal təsir göstərmək imkanına malik sistemlərdən gedir”, – deyə o bildirib.

O, Rusiyanın və Çinin kosmosda silah yerləşdirilməsinin qarşısını almaq məqsədilə müqavilə layihəsi təklif etdiyini, həmçinin Rusiyanın bir sıra digər dövlətlərlə birlikdə belə silahların yerləşdirilməyəcəyinə dair öhdəlik götürən bəyanatları ilk yayımlayanlar sırasında olduğunu xatırladıb.

Qeyd edık ki, sentyabrın 14-də ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meink ölkənin orbitdə kosmosa nəzarət vasitələri yerləşdirdiyini açıq şəkildə bəyan edərək, onları “silah” adlandırıb.

“ABŞ kosmosda silahlar yerləşdirib və onlardan Amerika qüvvələrinin müdafiəsi üçün istifadə edəcək”, – deyə o bildirib.

Share: