Rusiya Ukraynadakı logistika mərkəzləri və limanları “vurdu”

Rusiya Ukraynadakı logistika mərkəzləri və limanları “vurdu”

Rusiya qüvvələri gecə saatlarında Ukraynadakı logistika mərkəzlərinə, anbarlara və limanlara, həmçinin Ukrayna ordusuna dəstək məqsədli fəaliyyətlərdə iştirak edən gəmilərə zərbələr endirib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, zərbələr nəticəsində aşağıdakı hədəflər vurulub: “Odessa vilayətində: Odessa limanında – Ukrayna ordusuna dəstək üçün nəzərdə tutulmuş yükü çatdıran quru yük gəmisi; İzmail limanında – hərbi yüklərin boşaldılması və saxlanması üçün istifadə olunan liman infrastrukturu obyektləri. Bundan əlavə, dənizdə hərəkət edərkən Odessa limanına Ukrayna silahlı qüvvələrinə dəstək məqsədli yük daşıyan quru yük gəmisi də vurulub”.

Share: