Putinin partiyası 57,86 faizlə qalib gəlir

Putinin partiyası 57,86 faizlə qalib gəlir

Rusiyada səslərin 90,43%-nin hesablanıb. “Vahid Rusiya” partiyası 57,86% səslə Duma seçkilərində liderlik edir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda bildirilib: 13,84%-lə Rusiya Federasiyası Kommunist Partiyası (RFKP), 8,9%-lə Rusiya Liberal Demokrat Partiyası (RLDP), 7,94%-lə “Yeni İnsanlar” və 4,95%-lə “Ədalətli Rusiya” partiyaları seçkidə iştirak edir.

MSK-nın məlumatına görə, “Təqaüdçülər Partiyası” 2,03%, “Yaşıllar” Partiyası 1,14%, “Rusiya Kommunistləri” Partiyası 0,86%, “Rodina” Partiyası 0,72%, “Birbaşa Demokratiya Partiyası” isə 0,35% səs toplayır.

Qeyd edək ki, Vahid Rusiya Partiyasının lideri Vladimir Putindir.

Share: