“07” eşşək arabasını vurdu

“07” eşşək arabasını vurdu

Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var.

Millətin Səsi.az Report-a istinadla xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub.

Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.

Share: