Avrokomissardan çağırış: Qaza və işığa qənaət edin!

Avrokomissardan çağırış: Qaza və işığa qənaət edin!

Avropa Komissiyası yüksək enerji qiymətləri ilə əlaqədar AB ölkələrini elektrik və qaz istehlakını kəskin azaltmağa çağırıb.

Axar.az xəbər verir ki, bunu Avropa komissarı Dan Yorgensen deyib.

“Qlobal təklifin məhdud olduğu və qiymətlərin yüksək dəyişkənlik nümayiş etdirdiyi şəraitdə tələbin məcburi şəkildə azaldılması qiymətlərin cilovlanması üçün effektiv vasitə ola bilər”, – o bildirib.

Yorgensenin sözlərinə görə, enerji tələbatının məhdudlaşdırılması nə qədər tələb olunarsa, o qədər davam etdirilməlidir.

Komissar bununla bağlı konkret müddət açıqlamayıb.

Share: