BƏƏ-nin Baş prokuroru: “Flydubai” insidentini terror aktıdır

BƏƏ-nin Baş prokuroru: “Flydubai” insidentini terror aktıdır

Dubaydan Təl-Əvivə uçarkən Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edən “Flydubai” təyyarəsində baş vermiş insident terror aktı kimi qiymətləndirirəm.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri BƏƏ-nin Baş prokuroru Həməd Seyf Əl Şamsi bildirib.

Dövlətə məxsus “WAM” xəbər agentliyinin Əl Şamsidən sitat gətirdiyi məlumata görə, istintaq müəyyən edib ki, kapinata hücum edən ikinci pilot terror aktı törətməyi planlaşdırıbmış. Şübhəli şəxs kapinata gözlənilməz hallarda istifadə üçün kabinədə saxlanılan qəza baltası ilə zərbə endirib. Daha sonra o, təyyarəni idarəetməni ələ keçirməyə cəhd göstərib.

Əl Şamsi vurğulayıb ki, istintaq hələ də davam edir.

Share: