KİV: ABŞ husilərə qarşı Səudiyyə əməliyyatına qoşulmağa hazır deyi

KİV: ABŞ husilərə qarşı Səudiyyə əməliyyatına qoşulmağa hazır deyi

Səudiyyə Ərəbistanı və Yəmən hökumət qüvvələri Husi üsyançıları olan Ənsar Allah hərəkatına qarşı “böyük əks-hücum” planlaşdırır, lakin ABŞ hələ iştirak etməyə hazır deyil.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Axios”mənbələrə istinadən məlumat yayıb.

Portala görə, ABŞ son həftələrdə ikinci dəfə Səudiyyə Ərəbistanının əməliyyata qoşulmaq və Husi mövqelərinə hava hücumları etmək tələbini rədd edib. Adı açıqlanmayan ABŞ rəsmisi vurğulayıb ki, “əməliyyat problemlərlə üzləşərsə, bu dəyişə bilər”.

Axios həmçinin bildirib ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Husilərə zərbə endirmək əmrini verməyə yaxın idi, lakin sonda təxirə salmaq qərarına gəldi. ABŞ Mərkəzi Komandanlığı münaqişəyə birbaşa müdaxiləyə qarşı çıxıb.

Share: