Azərbaycanla NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub.
Müdafiə Nazirliyindən Millətin Səsi.az-a verilən məlumata görə, tədbir planına uyğun olaraq, istirahət günlərində qonaqlar Bakı şəhərinin tarixi-mədəni məkanları və muzeyləri ilə tanış olublar.
Heydər Əliyev Mərkəzini və Zəfər muzeyini ziyarət edən nümayəndə heyətləri zəngin təəssüratlarla ayrılıblar.


