İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.
Millətin Səsi.az Unikal.az-a istinadla xəbər verir ki, Nigar Əliyeva İdarənin Tədbirlər və ictimai əlaqələr departamentinin rəhbəri təyin edilib.
Xatırladaq ki, bundan əvvəl həmin departament İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsi adlanırdı. Həmin şöbənin müdiri isə Bəyaz Sadıxova idi.
Qeyd edək ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda dəyişiklik edilib. İdarənin şöbələri departamentə çevrilib.


