Türkiyənin İstanbul şəhərində ötən gün yağan güclü yağış və leysanlar insan tələfatına səbəb olub.
Millətin Səsi.az Türkiyə mediasına istinadla xəbər verir ki, güclü yağış nəticəsində şəhərin Fateh və Sarıyer bölgələrində iki nəfər həyatını itirib.
41 il sonra yağış rekordu qıran şəhərdə 2518 təcili yardım çağırışı daxil olub və Ayazağada köməksiz qalan 200 nəfər xilas edilib.
Əlverişsiz hava şəraiti səbəbindən 43 təyyarə digər hava limanlarına yönləndirilib.
Xatırladaq ki, İstanbul və daha 5 vilayətdə hava şəraitinə görə məktəblərdə dərslər 1 günlük dayandırılıb.
***
İstanbulda sel nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Bu barədə İstanbul valiliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində itkin düşənlərin sayı isə 4 nəfər olub.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


