Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
Millətin Səsi.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, ailənin oğlu anasını, atasını və həyat yoldaşını bıçaqlayıb.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü Ağabala Ramazan oğlu İsmayılov və onun gəlini, 1988-ci il təvəllüdlü Təranə Bahadır qızı İsmayılova olduğu bildirilir.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


