ABŞ Fars körfəzi ölkələrini 3 noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı mümkün qısamüddətli , intensiv hərbi kampaniya barədə xəbərdar edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti istinadən məlumat yayıb.
Məlumata görə, Pentaqon ABŞ hərbi heyətini Yaxın Şərqdə təhlükə altında ola biləcəkləri bazalardan təxliyə edib; regiondakı ABŞ qüvvələri sursat ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr ilə zərbələr endirməyə hazırlaşır.
“The Wall Street Journal” yazır ki, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar verməyib, lakin seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücuma keçməyə, ehtimal ki, İranın infrastrukturunu və nüvə obyektlərini hədəf almağa meyllidir.


