DSX-nin hərbi qulluqçusu vəfat etdi

DSX-nin hərbi qulluqçusu vəfat etdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Rəhman Rauf oğlu Kərimov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada uzun sürən ağır xəstəlikdən vəfat edib.

Bu barədə Millətin Səsi.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda qeyd olunub.

Share: