Ekspert: “Fransanın Ukraynaya verdiyi pullar heç vaxt geri qaytarılmayacaq”

Ekspert: “Fransanın Ukraynaya verdiyi pullar heç vaxt geri qaytarılmayacaq”

Fransanın Ukraynaya yardım və ya kredit qismində verdiyi vəsaitlər və silahlar heç vaxt Parisə geri qaytarılmayacaq.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Fransız ekspert və Fransa Ordusunun keçmiş desant zabiti Ksavye Moro TASS agentliyinə bildirib .

“Ukraynaya vəsait və ya təchizat şəklində verilən heç nə geri qaytarılmayacaq. Bu, Fransa üçün açıq-aşkar itkidir”, – deyə o vurğulayıb.

Moronun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron Kiyevə vəsait və hərbi texnika ötürülməsini əhali qarşısında əsaslandırmaq üçün “müharibə iqtisadiyyatı” anlayışından istifadə edib. Ekspert əlavə edib ki, Avropa İttifaqı çərçivəsində verilən 90 milyard avro dəyərindəki kreditlər də geri qaytarılmayacaq; bu xərclərdə Fransanın payı isə 17 milyard avro ilə 20 milyard avro arasındadır.

Share: