
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətlərini davam etdirdiyini bildirib.
Millətin Səsi.az xəbər verir ku, o, bunu cümə günü “X” sosial şəbəkəsində yazıb: “Mən humanitar işimi davam etdirməyə və ailələri yenidən birləşdirməyə sadiqəm. Valideynlərinə qovuşan hər bir uşaq bizi hamı üçün daha yaxşı bir dünyaya bir addım da yaxınlaşdırır”.
Noyabrın 25-də Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova, uşaqların Rusiya və Ukraynada öz ailələri ilə yenidən birləşdirilməsi istiqamətində göstərdiyi davamlı səylərə görə Melaniya Trampa təşəkkürünü bildirib.
Noyabrın 20-də “Fox News” telekanalına müsahibəsində ABŞ-ın birinci xanımı ümid etdiyini bildirib ki, Rusiya və Ukrayna arasında Milad bayramına qədər – Qriqorian təqviminə əsasən dekabrın 25-də qeyd olunan bayrama qədər – yeni atəşkəs razılaşması əldə oluna bilər. O, həmçinin Xerson vilayətinin Alyoşki şəhərində həyata keçirilən humanitar əməliyyatı böyük uğur kimi qiymətləndirib.


