
Braziliya millisinin sabiq hücumçusu Ronaldo indiki futbolda futbolçuların daha yaxşı qorunmasından danışıb.
Millətin Səsi.az xəbər verir ki, əfsanəvi futbolçu “Stick to Football” podkastında çıxışı zamanı öz karyerası dövründə meydanda rəqiblərin sərt müdaxilələri ilə üzləşdiklərini bildirib.
“Kaş, məni də indiki ulduzlar kimi qorusaydılar. Biz o vaxt çox əziyyət çəkirdik. Bizim nəslimizdə hər yerdə əsl qatillər var idi. Harada oynamağa gedirdimsə, belə futbolçularla qarşılaşırdım və bizi heç kim qorumurdu.
Şükürlər olsun ki, indi futbolçular daha yaxşı qorunurlar və bu, düzgün yanaşmadır. Sadəcə təəssüflənirəm ki, mənim dövrümdə belə müdafiəm yox idi”, – deyə Ronaldo bildirib.
Qol.az


