Ukrayna sutka ərzində 1100-ə yaxın hərbçisini itirib- Rusiya Ukraynanın itkilərini açıqldı

Ukrayna sutka ərzində 1100-ə yaxın hərbçisini itirib- Rusiya Ukraynanın itkilərini açıqldı

Xüsusi hərbi əməliyyat zonasında Rusiya qoşun qruplaşmalarının fəaliyyəti nəticəsində Ukrayna silahlı qüvvələri son 24 saat ərzində təxminən 1100 hərbçi itirib.

Millətin Səsi.az xəbər verir ki, Rusiya Müdafuə Nazirliyin məlumatına əsasən, Ukrayna “Şimal” qoşun qruplaşmasının məsuliyyət zonasında 160-a qədər, “Qərb” qoşun qruplaşmasının əməliyyatları nəticəsində 210-dan çox, “Cənub” qoşun qruplaşmasının zonasında 175-ə qədər, “Mərkəz” qoşun qruplaşmasının zonasında 340-dan çox, “Şərq” qoşun qruplaşmasının zonasında 190-a qədər və “Dnepr” qoşun qruplaşmasının zonasında 25-ə qədər hərbçi itirib.

Nazirlik bildirib ki, son 24 saat ərzində hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 1601 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) və bir “HIMARS” raketini ələ keçirərək məhv edib.

Qurumun açıqlamasında deyilir: “Hava hücumundan müdafiə vasitələri beş idarə olunan aviasiya bombasını, ABŞ istehsalı olan ‘HIMARS’ reaktiv yaylım atəşi sisteminə (RYAS) aid bir raketi və 1601 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını vurub”.

Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 300 000-dən çox pilotsuz uçuş aparatını vurub. Nazirlik qeyd edib: “Xüsusi hərbi əməliyyatın başlanğıcından bəri ümumilikdə 674 təyyarə, 284 helikopter, 301 051 pilotsuz uçuş aparatı, 672 zenit-raket kompleksi, 31 811 tank və digər zirehli döyüş maşını, 1799 reaktiv yaylım atəşi sistemi, 36 997 səhra artilleriya silahı və minaatan, həmçinin 78 193 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.

Share: