DİQQƏT! Gənc müəllimlər mükafatlandırılacaq! – 1000 manata qədər

DİQQƏT! Gənc müəllimlər mükafatlandırılacaq! – 1000 manata qədər

Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə “İlin gənc müəllimi-2019” müsabiqəsinə start verilib.

Milletinsesi.az xəbər verir ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: 1-ci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan formu doldurmalı, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər. 2-ci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək. Final mərhələsində həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək.

Nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.

I yerin qalibi – 1000 AZN

II yerin qalibi – 500 AZN

III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcək.

Əlavə olaraq, 5 müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.

Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

I mərhələdə qeydiyyatdan keçmək üçün son tarix: 20.05.2019, saat 17:00

Qeyd edək ki, müsabiqəyə müraciəti BU linkdən edə bilərsiz.

Share: