Türkiyənin Diyarbəkir şəhərində həyata keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına kömək etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, jandarm qüvvələrinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin terror təşkilatına üzvlər toplamaqda, terrorçulara maddi yardım göstərməkdə və saxta şəxsiyyət vəsiqələri hazırlamaqda ittiham olunurlar.