Renatın komandasından qələbə

Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” səfərdə “Braqa” ilə qarşılaşıb. Görüş qonaqarın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat matçın 78-ci dəqiqəsində meydana çıxıb və 90-cə dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

Qeyd edək ki, Dadaşovun komandası hazırda 11 xalla 18 kollektiv arasında 17-cidir.

Share: