“İrqçiliyə görə oğlumu futbol oynamağa qoymadım” – Yaya Ture

Belçika millisinin və “Mançester Siti”in sabiq futbolçusu Yaya Ture irqçiliklə bağlı danışıb.

Qol.az xəbər verir ki, karyerası ərzində dəfələrlə irqi ayrı-seçkiliyə məruz qalan 36 yaşlı yarımmüdafiəçi “L’Equipe”ə açıqlamasında bu kimi məsələlərə görə oğlunun futbolçu olmaq arzusunu ürəyində qoyduğunu deyib:

“Mən irqçiliyə həssasam. Bu, məni hər zaman incidir. Oğlum futbol oynamaq, futbolçu olmaq istəyir. Ancaq ona demişəm ki, bunu edə bilməzsən. Bu qərarı verməliydim. Ona futbol oynamağa imkan vermədim. Niyə? Məhz irqçiliyə görə”.

Qeyd edək ki, Yaya Ture hazırda Çinin “Çindao Haynyu” klubunda çıxış edir.

Share: