Bakıda 24 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində 1995-ci il təvəllüdlü Vəliyev Kənan Bəhruz oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş yarası diaqnozu qoyulub.

Share: