Qidalı lifləri ilə zəngin olan məhsulların qəbulu artıq çəkidən azad edir, şəkərli diabet, ürək-damar sistemi, ağ ciyər xəstəliklərinin riskini azaldır.
İngiltərə alimləri tərəfindən keçirilən yeni araşdırmalar sübut edib ki, yeniyetmə və cavan yaşlarında çoxlu miqdarda qidalı liflərlə zəngin olan məhsulların qəbulu böyük yaşlarda süd vəzi xərçənginin riskini xeyli azaldır.
Medical Daily xəbər verir ki, alimlər 90 min qadın haqqında olan məlumatları (həyat tərzi, qidalanma, sağlamlıq və s.) analiz ediblər. Nəticədə məlum olub ki, yeniyetmə dövründə tez-tez meyvə-tərəvəz və digər qidalı liflərlə zəngin olan məhsulları qəbul edən qadınlarda süd vəzi xərçənginin riski bu qidaları az miqdarda qəbul edən qadınlarla müqayisədə 12-19% daha azdır.
Alimlər bunun səbəbini hələ ki bilmir. Lakin onların fikirinə görə, qidalı liflərin çoxlu miqdarda qəbulu qanda estrogen hormonlarının səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da xərçəngin ehtimalını azaldır.
Qidalı liflərlə zəngin olan məhsullar:
– meyvələr və meyvə quruları (xüsusilə avokado, alma, armud, ərik, şaftalı, banan, yemiş, portağal, xurma, ərik qurusu, kişmiş)
– tərəvəzlər (xüsusilə istənilən kələm növləri, kök, çuğundur, yaşıl lobya, qarşıdalı, kartof, soğan, balqabaq)
– giləmeyvələr (çiyələk, qaragilə, moruq)
– paxlalılar (mərci, noxud, lobya)
– qoz-fındıq (püstə, araxis, badam, keşyu, qoz), günəbaxan və balqabaq tumları
– yarmalar (yulaf yarması, düyü, qarabaşaq), buğda kəpəyi, buğdanın bərk növlərindən hazırlanan makaron.