Ukrayna millisinin oyunçusunda dopinq tapıldı

Kiyevin “Dinamo” və Ukrayna millisinin futbolçusu Aryom Besedin dopinq qəbul etməkdə şübhəli bilinir.

Qol.az xəbər verir ki, bu haqda Ukrayna mediası məlumat yayıb. 23 yaşlı hücumçunun Avropa Liqasının qrup mərhələsinin İsveç “Malmö”sinə qarşı matçdan (29 noyabr) əvvəl qadağan olunmuş maddədən istifadə etdiyi bildirilir.

Qeyd olunur ki, UEFA Besedini ilkin mərhələdə 30 gün müddətinə futboldan kənarlaşdıb. Araşdırmanın nəticəsindən asılı olaraq bu cəza daha da sərtləşdirilə bilər.

Məlumatı “Dinamo”nun saytı təsdiqləyib.

Share: