Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri – Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu arasında üçtərəfli formatda səkkizinci görüş başlayıb.
Report xəbər verir ki, görüş Dövlət Tədbirləri Sarayında keçirilir.
Görüşdə üçtərəfli əməkdaşlıq məsələləri, hər üç ölkənin iştirakı ilə energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələr müzakirə olunur.
XİN başçıları həmçinin 2020-2022-ci illər üçün fəaliyyət planını da nəzərdən keçirəcəklər.
Nazirlər bölgədə və dünyada baş verən proseslərə də toxunacaqlar.
XİN başçıları ikitərəfli görüşlər də keçirəcəklər.
Üçtərəfli görüşün sonunda birgə bəyannamənin imzalanması nəzərdə tutulub.