Buğda idxalı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkəyə 1 milyon 487,7 min ton buğda idxal edilib.

Milletinsesi.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 319,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 187,5 milyon dollarlıq 992,3 min ton buğda idxal edilmişdi.

Share: