Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adların təqdim etmə mərasimi keçirilib.
Report xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin avanqardında mədəniyyət xadimlərinin dayandığını bildirib:
”Hər il cənab Prezidentin sərəncamı ilə müxtəlif mədəni tədbirlər keçirilir, xalqımızın mədəniyyətində önəmli yer tutan şəxlər mükafatlandırılır. Bu gün mükafatlandırılan şəxslərin arasında Azərbaycanın böyük nüfuza malik olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları da yer alır. Teatra dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə cənab Prezident teatr xadimlərini təltif edib. Digər tərəfdən müasir musiqimizin ayrılmaz hissəsi olan musiqiçilər də bu sırada yer alır”, – deyə nazir vurğulayıb.
Daha sonra Ə.Qarayev orden, medal və fəxri adları təqdim edib.