Antalyada rekord olacaq

Dekabrın 20-dən başlayaraq, Türkiyənin Antalya bölgəsində idman komandalarının təlim-məşq toplanışları başlanıb.

Qol.az xəbər verir ki, ölkənin İdman Turizmi Dərnəyi başqanı Receb Şamil Yaşacan 2020-ci ildə bu səhədə rekordun gözlənildiyini deyib.

“Artıq 200-dək meydança komandaları qəbul etməyə hazırdır. Aprel ayına qədər Almaniya, Hollaniya, Danimarka, Belçika, Çexiya, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Çin, Şimali Koreya, Yaponiya başda olmaqla Uzaq Şərqdən, Şimali Avropadan xeylo komanda Antalyaya gələcək. Ümumilikdə 3 minədək təlim-məşq toplanışının olacağı proqnozlaşdırılır ki, bu da Antalyanın idman turizmi tarixində rekord göstərici sayılır” – deyə o bildirib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Azərbaycan Premyer Liqasında yarışan klubların da Antalyada hazırlıq keçəcəyi təsdiqlənib.

Antalya bu qış qolf, tennis idman və başqa bir neçə idman növündə də rekord qırmağa hazırlaşır.

Share: