Bu türk ölkəsində matəm elan edildi

Almatıda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.

Ölkə prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib./publika.az

Share: