Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əsgər Maminə başsağlığı məktubu göndərib.
Milletinsesi.az məktubun mətnini təqdim edir:
“Hörmətli Əsgər Uzakpayeviç, Alma-Atı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqda xəbərdən olduqca kədərləndim.
Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.