3500 il yaşı olan kral məzarları aşkar edilib

Yunanıstanın mədəniyyət nazirliyi Peloponnes bölgəsində 3500 il yaşı olan kral məzarlarının aşkar edilməsi barədə məlumat yayıb.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, məlumatda tapıntıların Pilos şəhərində bürünc dövrünə aid böyük sarayın yanında aşkar edildiyi vurğulanır.

Bildirilir ki, tapıntılar arasında ən qiymətliləri üzərində möhür olan qızıl üzük və qızıldan hazırlanmış amuletidir. Arxeoloqlar bildiriblər ki, məzarlıqların üstü dağıldığına görə daşlar içəriyə dolub və işlərə mane olur. Tapıntılarda Yunanıstanın bürünc dövrü zamanı ticarət və mədəni əlaqələri barədə çox qiymətli məlumatlar əks olunur.

 

Share: