Aprelin 29-da saat 12:00-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyinin açılışı keçiriləcək.
Milletinsesi.az xəbər verir ki, Dilarə Əliyeva küçəsi 157 ünvanında yerləşən muzeyin binası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin köməkliyi ilə yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.
Qeyd edək ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərə açıb.